Azərbaycanda 3 banka əhali tərəfindən 1 milyard manatdan çox əmanət yerləşdirilib.
2023-cü ildə əhali tərəfindən 3 banka yerləşdirilmiş əmanətlərin məbləği 1 milyard manatdan çox olub.
FED,az bunu bankların rüblük hesabatları əsasında hazırladığı renkinqə istinadən xəbər verir.
Belə ki, fiziki şəxslər tərəfindən ən yüksək məbləğ “Azərbaycan Beynəlxalq Bank”ına yerləşdirilib - 2,1 milyard manat.
“Kapital Bank”a yerləşdirilmiş əmanətlər isə 1,9 milyard manatdan bir qədər çox olub.
“Paşa Bank”a isə 1,6 milyard manat depozit qoyulub.
“Xalq Bank” və “Unibank”a yerləşdirilmiş əmanətlərin həcmi isə 900 milyon manatdan çox olub.
“Naxçıvan Bank” isə ən az əmanət yerləşdirilən bank olub. Bu banka əhali tərəfindən qoyulmuş depozitlərin məbləği cəmi 3 milyon 248 min manat təşkil edib.