Ötən ilin dekabr ayında Azərbaycan banklarının öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil ediib – cəmi öhdəliklərin 80.1%-i və ya 34,550.1 mln. manat.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Depozit portfelinin 63.6%-i (21,967.9 mln. manat) hüquqi şəxslərin, 36.4%-i (12,582.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
2023-cü ilin dekabr ayında fiziki şəxslərin əmanətləri 2.7% və ya 328.6 mln manat artaraq 12,582.2 mln. manat təşkil edib.
Aylıq artımın 96.5%-i milli valyutada, 3.5%-i xarici valyutada əmanət hesabına olmuşdur. Fiziki şəxslərin əmanət portfelinin 54.7%-i (6,882.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17,468.4 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79.5%-ni təşkil edib.