Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “PAŞA Bank” ASCnin səhmdarlarının növbəti ümumi yığıncağı 30 sentyabr 2025-ci il tarixindən 02 oktyabr 2025-ci il tarixinə keçirilir.
FED.az xəbər verir ki, səhmdarlarının ümumi yığıncağı saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.
Gündəlikdəki məsələlər dəyişilməz olaraq qalır.
Qeyd edək ki, gündəlikdəki məsələlərə “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən, idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi daxildir.