Bu ilin yanvarın 1-nə Azərbaycanın rayonvə şəhərlərinin əhalisi tərəfindən banklara yerləşdirilmiş əmanətlər təxminən 14,7 milyard manat təşkil edib.
- Bakıda 5500 manat, Kürdəmirdə cəmi 12 manat - Banklarda adambaşına ən az pulu olan rayonlar açıqlandı
- Azərbaycanda banklara ən az və ən çox əmanət yerləşdirən - RAYONLAR VƏ ŞƏHƏRLƏR - SİYAHI (2024)
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən 6 rayonun əhalisi tərəfindən banklara əmanət yerləşdirilməyib. Bunların hamısı da işğaldan azad olunmuş rayonlardır.
Ümumilikdə isə Laçın əhalisi tərəfindən banklara 100 min manat depozit qoyulub. Zəngilan rayonu üzrə bu göstərici 300 min manat olub.
Sədərək əhalisinin banklarda 700 min manat, Xızı əhalisinin isə 900 min manat pulu var.
Xankəndi əhalisinin banklardakı əmanətlərinin məbləği cəmi 1 milyon manat olub.
Ümumilikdə 5 şəhər və rayonun əhalisinin banklardakı əmanətlərinin həcmi 1 milyon manatdan çox, 6 rayon üzrə isə 2 milyon manatdan çoxdur.