2026-cı ilin yanvar ayının sonuna (fevralın 1-nə) Azərbaycanda bank sektorunda çalışan işçilərin sayı 27 min 235 nəfərə çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bank işçilərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1783 nəfər və ya 7% artıb.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayının sonuna) bank işçilərinin sayı 25 min 452 nəfər təşkil edirdi.












