Bu ilin III rübünə olan məlumatlara istinadən bankların faiz gəlirlərinin dinamikası məlum olub.
FED.az xəbər verir ki, Renkinqə faiz gəlirlərinin faizlə dinamikasına görə 43,1% və ya 16 min 943 manat artımla “Ziraat Bank Azərbaycan” ASC başçılıq edir.
İkinci yerdə 42,2% və ya 259 min 671 manat artımla “Kapital Bank” ASC qərarlaşıb.
“Bank VTB (Azərbaycan)” ASC 31,6% və ya 7 min 465 manat artımla üçüncü, “Azər Türk Bank” ASC isə 27,1% və ya 20 min 744 manat artımla dördüncü olub.
Digər banklar arasında “Bank Respublika” ASC (26,1% və ya 45 min 119 manat), “Expressbank” ASC (22,2% və ya 11 min 017 manat), “Xalq Bank” ASC (20,9% və ya 28 min 516 manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (20,6% və ya 137 min 540 manat) və “Rabitəbank” ASC (18,7% və ya 15 min 650 manat) qeydə alınıb.
Siyahının davamında “Yapı Kredi Bank Azərbaycan” QSC (16,3% və ya 5 min 237 manat), “Yelo Bank” ASC (15,9% və ya 17 min 939 manat), “Bank Melli İran” Bakı filialı (15,4% və ya 574 manat), “Bank of Baku” ASC (14,7% və ya 16 min 579 manat), “Premium Bank” ASC (13,3% və ya 3 min 220 manat), “AccessBank” QSC (13,2% və ya 21 min 753 manat), “TuranBank” ASC (12,7% və ya 8 min 448 manat), “PAŞA Bank” ASC (10,4% və ya 37 min 248 manat) və “Bank Avrasiya” ASC (9,0% və ya 1 min 011 manat) yer alıb.
Ən az artım göstərən banklar arasında “Azərbaycan Sənaye Bankı” ASC (6,8% və ya 1 min 816 manat), “Unibank KB” ASC (6,7% və ya 11 min 473 manat), “Bank BTB” ASC (5% və ya 1 min 157 manat) və “AFB Bank” ASC (1,6% və ya 275 manat) qeydə alınıb.














