Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 30 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda faiz gəlirlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (68,316 milyon manat), “Kapital Bank” (49,558 milyon manat), “PAŞA Bank” (40,122 milyon manat) ASC-lər, eləcə də “Access Bank” QSC-dir (34,369 milyon manat).
Qalan 22 bankdan 9-da faiz xərcləri 10-30 milyon manat arasında, 10 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.