Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri 100 milyon manatdan çox olub.
Eləcə də bax: İstehlak kreditinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.10.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (347,661 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (323,735 milyon manat) və “PAŞA Bank” (194,336 milyon manat) ASC-lərdir.
Qalan 23 bankdan 19-də faiz gəlirləri 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.