Azərbaycanda fəaliyyət göstərən 15 bankın 2020-ci ilin 1-ci rübü üzrə qeyri-faiz gəlirləri artıb.
Eləcə də bax: Azərbaycanda 11 bankın - FAİZ XƏRCLƏRİ ARTIB
FED.az xəbər verir ki, ötən il ilə müqayisədə bu il qeyri-faiz gəlirlər artan banklar “Xalq Bank”(2,8 dəfə), “Paşa Bank” (2,6 dəfə), “Ziraat Bank Azərbaycan” (2,2 dəfə), Bank of Baku (85,4% artım), “Naxçıvanbank” (80,6%), “Günaybank” (71,4%), Rabitəbank (56,9% artım olub.
Məbləğə görə ən çox artım “Paşa Bank”, “Kapital Bank”, “Xalq Bank”, Beynəlxalq Bank, “Bank Respublika”, “Bank of Baku”, “Rabitəbank”, “Günaybank”da olub.
Qeyri-faiz gəlirləri ötən ilə görə, Paşa Bank”da 15 milyon 146 min manat , “Kapital Bank”da 12 milyon 393 min manat, “Xalq Bank”da 5 milyon 106 min manat, Beynəlxalq Bankda 3 milyon 863 min manat, “Bank Respublika”da 1 milyon 457 min manat, “Bank of Baku”da 1 milyon 201 min manat, “Rabitəbank”da 1 milyon 184 min manat, “Günaybank”da 1 milyon 101 min manat artıb.
Qeyri-faiz gəlirlərinin ən çox azaldığı banklar “Bank VTB” (155% azalma), “Accessbank” (9,6 dəfə azalma), “Muğanbank” (5,1 dəfə azalma), “Azərbaycan Sənaye Bankı” (2,9 dəfə azalma) olub.
Qeyd edək ki, qeyri-faiz gəlirləri “Accessbank”da 20 milyon 48 min manat, “Muğanbank”da 18 milyon 500 min manat, “Azərbaycan Sənaye Bankı”da 2 milyon 596 min manat, “Bank VTB” də 2 milyon 83 min manat azalıb.