2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirlərinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə kredit faizləri və digər faiz gəlirləri üzrə lider banklar məlum olub.
Renkinqə "Kapital Bank" ASC başçılıq edir. Bankın faiz gəlirləri 1 milyard 180 milyon 81 min manat təşkil edib.
İkinci yerdə "Azərbaycan Beynəlxalq Bankı" ASC qərarlaşıb – dövlət bankının faiz gəlirləri 1 milyard 95 milyon 602 min manat olub.
"PAŞA Bank" ASC 542 milyon 55 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Bank Respublika" ASC isə 299 milyon 579 min manat gəlirlə dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"AccessBank" QSC-də 256 milyon 176 min manat, "Unibank KB" ASC-də isə 251 milyon 233 min manat faiz gəliri qeydə alınıb.
"Xalq Bank" ASC 228 milyon 641 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "Yelo Bank" ASC 180 milyon 422 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "Bank of Baku" ASC (177 milyon 272 min manat) və "Rabitəbank" ASC (137 milyon 586 min manat) tamamlayır.
Faiz gəlirləri 100 milyon manatdan çox olan digər banklar "Azər Türk Bank" ASC (126 milyon 750 min manat) və "TuranBank" ASC-dir (102 milyon 642 min manat).
Siyahının sonrakı pillələrində "Ziraat Bank Azərbaycan" ASC (84 milyon 431 min manat), "Expressbank" ASC (82 milyon 727 min manat) və "Yapı Kredi Bank Azərbaycan" QSC (53 milyon 6 min manat) yer alıb.
Renkinqi "Bank VTB (Azərbaycan)" ASC (40 milyon 446 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (39 milyon 840 min manat) və "Premium Bank" ASC (36 milyon 984 min manat) davam etdirir.
Siyahını "Bank BTB" ASC (32 milyon 675 min manat), "AFB Bank" ASC (26 milyon 96 min manat), "Bank Avrasiya" ASC (16 milyon 516 min manat) və "Bank Melli İran" Bakı filialı (5 milyon 667 min manat) tamamlayır.












