Bu ilin mart ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74,6 bənd təşkil edib.
Eləcə də bax: Azərbaycanda manatla qiymətli kağızlara tələbat - KƏSKİN AZALDI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin fevral ayının yekunu ilə müqayisədə 2,6 bənd , ilin əvvəli ilə müqayisədə 1,2 bənd çoxdur.
Bu ilin mart ayının 1-nə manatın real effektiv məzənnəsi isə 101,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,1 bənd çox, ilin əvvəli ilə müqayisədə 2,7 bənd çox, illik müqayisədə isə 2,4 bənd çoxdur.
Report