2025-ci ilin yanvar ayının 1-nə Azərbaycan banklarının xalis mənfəəti 1 milyard 44 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Xalis mənfəət illik müqayisə ilə 32,4 milyon manat (3%) azalıb, aylıq müqayisə ilə 77,5 milyon manat (8%) artıb.
2025-ci ilin dekabr ayının birinə bankların xalis mənfəəti 966,5 milyon manat, 2024-cü ilin yanvarın 1-nə isə 1 milyard 76,4 milyon manat təşkil edib.