2024-cü ilin dekabr ayının 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri 813,4 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 276,9 milyon manat (51,6%) , aylıq müqayisə ilə 87,6 milyon manat (12,1%) çoxdur.
2024-cü ilin oktyabr ayının birinə bankların depozitlər üzrə faiz xərcləri 725,8 milyon manat, 2023-cü ilin dekabrın 1-nə isə 536,5 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində bankların müddətli depozitlər üçün ödədiyi məbləğlər aylıq 80,5 milyon manat (12,9%), illik isə 253 milyon manat (56,2%) artaraq 703,4 milyon manata yüksəlib.