2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının faiz xərcləri 628,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 161,3 milyon manat və ya 34,5% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının faiz xərcləri 467,4 milyon manat olub.