2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının digər faiz gəlirləri 102,1 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,7 milyon manat və ya 2,7 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının digər faiz gəlirləri 37,4 milyon manat olub.