Bu ilin dekabr ayının 1-nə Azərbaycan banklarının faiz xərcləri 1 milyard 91,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 335,7 milyon manat (44,4%), aylıq müqayisə ilə 121,8 milyon manat (12,6%) çoxdur.
Bu ilin noyabr ayının birinə bankların faiz xərcləri 969,4 milyon manat, ötən ilin dekabrın 1-nə isə 755,7 milyon manat təşkil edib.