2024-cü ilin yanvar – noyabr aylarında banklar tərəfindən 966, 5 milyon manat xalis mənfəət, 1 milyard 535.8 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
Bank sektorunda son vəziyyət - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə 2024-cü ilin noyabr ayı üzrə Mərkəzi Bankın saytında yerləşdirilmiş Statistik Bülletendə bildirilir.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında banklar 997,4 milyon manat xalis mənfəət (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16% çox) 1 milyard 521,2 milyon manat məbləğində əməliyyat mənfəəti (29,5% çox) əldə etmişdi. (Marja)