Bu ilin dekabr ayının 1-nə Azərbaycan banklarının xalis mənfəəti 966,5 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 30,9 milyon manat (3,1%) azalıb, aylıq müqayisə ilə 52,8 milyon manat (5,8%) çoxdur.
Bu ilin noyabr ayının birinə bankların xalis mənfəəti 913,7 milyon manat, ötən ilin dekabrın 1-nə isə 997,4 milyon manat təşkil edib.