2025-ci ilin iyunun 1-nə (may ayının yekunu) Azərbaycanda bankların qeyri-faiz gəlirləri 745.4 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70.7 milyon manat və ya 10.5% çoxdur. Xatırladaq ki, 2024-cü ilin iyunun 1-nə bu göstərici 674.7 milyon manat idi.
Aylıq müqayisədə isə gəlirlər 153.1 milyon manat və ya 25.8% artıb. Belə ki, bu ilin mayın 1-nə (aprel ayının yekunu) bankların qeyri-faiz gəlirləri 592.3 milyon manat təşkil etmişdi.