Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş (problemli) kreditlərin həcmi 508,3 milyon manat təşkil edib ki, bu da bir il əvvəlkindən 9% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, problemli kreditlər ay ərzində 1,1%, ilin əvvəlindən isə 13,2% artıb. May ayının sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib.
AMB-nin hesabatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanın bank sektoru 430 milyon manatdan çox xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% azdır.
Bununla yanaşı, cari il iyunun 1-nə bank sektorunun aktivləri 56,5 milyard manat təşkil edib ki, bu da ötən il iyunun 1-i ilə müqayisədə 15 faizdən çox çoxdur.