Azərbaycan banklarında kredit kartı üzrə orta faiz dərəcələri dəyişməyib.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.
Belə ki, ötən ilin eyni dövründə banklarda kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 26 faiz idi.
Məişət avadanlığı kreditləri üzrə orta faiz dərəcəsi 26 faizə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz bəndi artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə banklarda məişət avadanlıqlarının alınması üzrə orta faiz dərəcəsi 25 faiz idi.
Təmir kreditləri üzrə orta faiz dərəcəsi 18 faizə yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz bəndi artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə yaşayış sahəsinin təmiri kreditləri üzrə orta faiz dərəcəsi 16 faiz idi.
Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 faizə çatıb
Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz bəndi artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə banklarda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 10 faiz olub. Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 22 faiz olub. 2024-cü ilə müqayisədə 2 faiz bəndi artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bu növ kreditlər üzrə orta faiz dərəcəsi 20 faiz təşkil edib.












