Azərbaycan banklarının ipoteka kreditləri portfeli 4 milyard 602,5 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 357 milyon manat və ya 8,4% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bankların ipoteka kreditləri portfeli 4 milyard 245,5 milyon manat idi.
Aylıq müqayisədə isə (noyabr ayı ilə müqayisədə) portfel 40,6 milyon manat (0,9%) böyüyüb.
Xatırladaq ki, bankların ipoteka kreditləri portfeli bu ilin dekabrın 1-nə 4 milyard 561,9 milyon manat, ötən ilin sonunda 4 milyard 245,5 milyon manat təşkil edirdi.












