2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 582,4 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 625,8 milyon manat və ya 32% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1956,6 milyon manat olub.