2025-ci ilin oktyabrın 1-nə (sentyabr ayının yekunu) Azərbaycanda bank sektorunun cəmi kapitalı 7 milyard 170,2 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bank sektorunun cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 879,4 milyon manat, yəni 14,0%, ötən ilin sonuna nəzərən 551,8 milyon manat, yəni 8,3%, aylıq müqayisədə isə 93,1 milyon manat, yəni 1,3% artıb.
Kapitalın əsas tərkib hissəsi olan xüsusi kapitalın həcmi 6 milyard 547,2 milyon manata çatıb. Bu, illik müqayisədə 787,4 milyon manat (13,7%), ötən ilin sonuna nəzərən 515,3 milyon manat (8,5%), son bir ayda isə 83,3 milyon manat (1,3%) artım deməkdir.
Bankların ümumi ehtiyatları isə 623,0 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 92,1 milyon manat (17,3%), ötən ilin sonuna nəzərən 36,4 milyon manat (6,2%), aylıq müqayisədə isə 9,8 milyon manat (1,6%) artıb.
Xatırladaq ki, bank sektorunun cəmi kapitalı bu ilin sentyabrın 1-nə 7 milyard 77,1 milyon manat, ötən ilin sonunda (12/31/2024) 6 milyard 618,4 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 6 milyard 290,8 milyon manat təşkil edib..













