Azərbaycan banklarında manat əmanətlərinin faizləri illik 4-11 faiz arasında dəyişir.
FED.az xəbər verir ki, hazırda ən aşağtı faiz dərəcəsi – illik 4% «Naxçıvanbank»dadır. Ən yüksək 11%-lik gəlirliyi isə bir neçə bankdan əldə etmək olar.
FED.az ölkədə fəaliyyət göstərən banklarda banklarda 2022-ci ilin aprel ayı üçün illik manat əmanətinin göstəricilərini təqdim edir:
ABB Bank – Azərbaycanın ən böyük bankında əmanətin illik gəlirliyi 6,5% - dir. Faiz gəliri aylıq götürülərsə, bu göstərici 6% olur. Əmanət müddətinin artması (1-3 il) faiz dərəcəsinin də artmasıma səbəb olur. Belə ki, 12 aylıq əmanətin faiz göstəricisi 6 %, 24-36 aylıq isə 7 %-dir.
Yelo Bank - əmanətin illik göstəricisi 11 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 10 % - ə düşür. 99 999 AZN / 49 999 USD-dək məbləğdə əmanətlərdə MC Standard World / Visa Classic Reward kartı, 100 000 AZN / 50 000 USD-dən (daxil olmaqla) yuxarı məbləğdə yerləşdirilsə Visa Platinum kartı hədiyyə verilir.
AccessBank – Əmanətin müddəti manat üçün 6 aydan 24 ayadəkdir. Maksimal faiz dərəcəsi 11%-dir. Əmanət faizini aylıq götürəndə isə fazi dərəcəsi 10.5 olur. Faizlərinin ödənişi müştərinin istəyilə - aylıq və ya müddətin sonunda ola bilər.
Bank of Baku - əmanətin illik göstəricisi 11 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu rəqəm 10 % üzrə dəyişir. Əmanətin artırılıb, azaldılmasına icazə verilir. Azaldılan məbləğin minimumu - 100 AZN-dir.
Bank Respublika - əmanətin illik göstəricisi 9,5 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu göstərici 9 % olaraq dəyişir. Əmanətçi öz əmanətini Bankdan vaxtından əvvəl də geri götürə bilər. Əmanətçi əmanəti geri istəyərsə Bank əmanətin tam məbləğini maksimum 5 iş günü ərzində əmanətçiyə qaytarır. Bu öhdəlik əmanət Banka yerləşdirilərkən imzalanan müqavilədə də əks olunur. Əmanəti vaxtından əvvəl götürdükdə əmanət üzrə hesablanmış faizlər müştəriyə əmanətin faktiki müddətindən asılı olaraq ödənilir.
ExpressBank - əmanətin illik göstəricisi 10 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 9.5 % - ə enir. Əmanətin 80%-i həcminədək istehlak krediti və ya 20%-i həcminədək kart krediti əldə etmək olar.
Kapital Bank – Əmanətin müddəti 12, 18, 24, 36 ay olaraq dəyişir, gəlirlilik 8% təşkil edir. Əmanəti müddətin yarısınadək artırma imkanı var. Həmçinin əmanətin maksimum 80%-i həcmində nağd kredit və ya kartla kredit xətti verilir. Əmanət müddətin yarısına qədər 100 AZN/USD artırıla bilər.
Turanbank – Faizlərin aylıq və rüblük ödənişini kart hesabına əldə etmək istəyən müştərilərə Universal kart məhsulu ödənişsiz təqdim edilir. 30 000AZN/USD/EUR - dək məbləğdə əmanət yerləşdirən müştərilərə Universal Debit kartı, 30 000AZN/USD/EUR və artıq məbləğdə əmanət yerləşdirən müştərilərə Universal Gold kartı verilə bilər.
Unibank - əmanətin illik göstəricisi 11 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 10.5 % olaraq dəyişir.
Rabitəbank – faizlər ilin sonunda götürüləcəksə, əmanətin illik gəlirliyi 10% təşkil edir. Aylıq faiz gəliri zamanı gəlirlik 9,25% olacaq. Rabitəbank-a əmanəti 200 manatdan başlayan məbləğlə yatırmaq olar.
Paşa Bank – əmanət yatırmaq üçün minimum 20 min manat (regionlarda 15 min manat) tələb olunur. Bunun üçün əmanət sahibi əmək haqqını «Paşa bank»ın kartı ilə almalıdır. Digər müştərilər üçün isə əmanət məbləği 30 min manatdan (regionlarda 20 min manatdan) başlayır.
ASB bank - əmanətin illik göstəricisi müddətin sonunda götürüldüyü halda 7 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, 6 % olur.
Bank BTB - əmanətin illik göstəricisi 11 % - dir. Faiz gəliri aylıq götürülərsə, bu, yenə də 11 % olur. Məbləğin artırılmasına və azaldılmasına icazə verilmir.