2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirləri 4 milyard 105,6 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 863,6 milyon manat, yəni 26,6% artıb. Ötən ilin sonuna nəzərən artım 135,8 milyon manat, yəni 3,4%, aylıq müqayisədə isə 438,8 milyon manat, yəni 12% yüksəlib.
Bankların əsas gəlir mənbəyi olan kreditlər üzrə faiz gəlirləri 2025-ci ilin noyabrın 1-nə 3 milyard 234,6 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 715,7 milyon manat (28,4%) artım deməkdir. Ötən ilin sonuna nəzərən artım 128,7 milyon manat (4,1%), son bir aya isə 347,6 milyon manat (12%) təşkil edib.
Bankların qiymətli kağızlar portfelindən əldə etdiyi faiz gəlirləri isə 463,1 milyon manat olub. Bu göstərici illik müqayisədə 103,9 milyon manat (28,9%), ilin əvvəlindən 33,8 milyon manat (7,9%), aylıq müqayisədə isə 45,6 milyon manat (10,9%) artıb.
Xatırladaq ki, bankların faiz gəlirləri bu ilin oktyabrın 1-nə 3 milyard 666,8 milyon manat, ötən ilin sonunda 3 milyard 969,8 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 3 milyard 242 milyon manat təşkil edib.











