2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının ipoteka kredit portfeli 4 milyard 145,3 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İpoteka kredit portfeli aylıq müqayisədə 48,3 milyon manat (1,2%), ötən ilin sonu ilə müqayisədə 516 milyon manat (14,2%), illik müqayisədə 622,2 milyon manat (17,7%) böyüyüb.
Qeyd edək ki, ipoteka kredit portfeli bu ilin sentyabrın 1-nə 2 milyard 384,2 milyon manat, yanvarın 1-nə 3 milyard 629,3 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 523,1 milyon manat təşkil edib.