İyulun 28-də “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Azərbaycan bankı törəmə şirkətləri ilə bağlı qərar verəcək
FED.az xəbər verir ki, bankın Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku ToZers 2” ofisində baş tutacaq iclasın gündəliyinə bir sıra məsələlərə daxildir.
Bura “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi (məruzəçi: Zaur Musayev) və “Kapital Bank” ASC-nin müşahidə şurasının əsasnaməsinə dəyişiklik edilməsi (məruzəçi: Arif Mehdiyev) aiddir.
Xatırladaq ki, “Kapital Bank” 2025-ci ili 315 milyon manat xalis mənfəətlə tamamlayıb. Bankın səhmlərinin 99% «Paşa Holdinq»ə məxsusdur.















