30 iyun 2025-ci il tarixinə “Azər Türk Bank”ın faiz gəlirləri 66 milyon 164 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon 79 min manat və ya 34,8% artım deməkdir.
Faiz gəlirlərinin əsas hissəsini – 40 milyon 878 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 182 min manat və ya 25,0% artıb.
Hesabat dövründə bankın banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 5 milyon 950 min manat (49,1%) artaraq 18 milyon 68 min manata çatıb. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərində isə 2 milyon 932 min manat (82,6%) artımla 6 milyon 481 min manat olub. Digər faiz gəlirləri isə 110 min manat (32,0%) artaraq 454 min manat təşkil edib.
Banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 284 min manata bərabər olub.
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində “Azər Türk Bank”ın faiz gəlirləri 49 milyon 85 min manat təşkil etmişdi.