Azərbaycan bank sektorunun sabit nümayəndələrindən olan «Azər Türk Bank» 2025-ci ilin nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, 2026-cı ildə «Azər Türk Bank»ı maraqlı yeniliklər gözləyir, hazırda nəzarət səhm paketi Dövlət Neft Şirkətinə (SOCAR) aid olan bankın nizamnamə kapitalından Ərəb Holdinqinə pay ayrılması gözlənilir. Hələlik bankın ərəblərə satılacaq hissəsi açıqlanmır, amma bu nəzarət səhm zərfi də ola bilər.
Hələliksə, bank 2025-ci ilin uğurlu nəticələrini açıqlayıb. Belə ki, ötən il «Azər Türk Bank» bir qədər də böyüyüb və aktivləri 2,2 milyard manata yaxınlaşıb, bankın gəlirləri və depozit portfeli böyüyüb.
Bakın gəlirləri kəskin artıb
Beləliklə, 2025-ci ildə «Azər Türk Bank»ın ümumi gəlirləri 165 milyon manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 18,5 milyon manat və ya 125 artıqdır. Hesabat dövründə bankın faiz gəlirləri 19 milyon manat artaraq 107 milyon manatdan 126 milyon manata yüksəlib.
Faiz gəlirlərinin əsas hissəsi kredit portfelindən gələn faizlərdir – 81,5 milyon manat və ya əvvəlşki ildən 10 milyon manat artıq. Daha 31 milyon manat isə «Azər Türk Bank» başqa banklarda yerləşdirilən depozitlərdən əldə edib – bu rəqəm də əvvəlki ildən 5 milyon manat artıqdır.
Qiymətli kağızlardan daxil olan gəlirlər isə 4 milyon manat və ya 60% artaraq 12,6 milyon manata yüksəlib.
Əmanət sahiblərinə bpyük fazilər ödəyib
Bu dövrdə bankın faiz xərcləri də 17 milyon manat və ya 36% artaraq 47,7 milyon manatdan 64,8 milyon manata yüksəlib. Faiz xərclərinin əsas hissəsini bankdakı əmanətlərə görə ödənilən faiz gəlirləridir - «Azər Türk Bank» ötən il əmanətçilərinə 56 milyon manata yaxın faiz ödəyib ki, bu da əvvəlki ildən 14 milyon manat artıqdır.
Daha 9 milyon manat faiz xərci başqa banklardan əlanan kreditlərə görə faizlər, qiymətli kağızlara görə ödənilən faizlər və sair faiz xərcləridir.
Nəticədə ilin sonunda bankın xalis faiz gəliri 62 milyon manat yaxınlaşıb – bu təqribən 2 milyon artım deməkdir.
Qeyri-faiz gəlirləri 40 milyon manata yaxın olub
Bankın qeyri-faiz gəlirləri isə demək olar ki, dəyişməyərək 38,3 milyon manat olub. Bunun 24 milyon manatı digər xidmətlər üzrə komissiya gəlirləri (2 milyon manat artıb), 13 milyon manatı xarici valyuta iləə əməliyyatlardan daxil olmalardır (2 milyon manat azalıb).
2025-ci ildə «Azər Türk Bank»da xərclərin əsas artım istiqaməti qeyri-faiz xərcləri, daha dəqiqi əmak haqqı və inzibati xərclərdir. Ötən il bank öz əmək haqqı fondunu təqribən 25% artıraraq 29 milyondan 36 milyon manata qaldırıb. İnzibati xərclər isə 3,3 milyon manat artaraq 29 milyon manata yüksəlib.
2025-i 10 milyon xalis mənfəətlə tamamlayıb
Nəticədə bankın 2025-ci il üzrə əməliyyat mənfəəti 21,9 milyon manat təşkil edib. Bundan 8,3 milyon manatı mümkün zərərlər üzrə ehtiyata ayrılıb, 3,5 milyon manat isə mənfəət vergisi kimi ödənilib. Nəticədə «Azər Türk Bank» 2025-ci ili 10,3 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bu əvvəlki illə müqayisədə təqribən 2 dəfə az olsa da, səbəbi aydındır – bankın artan gəlirləri onun infrastrukturuna və işçilərin əmək haqqına sərf edilir.
Aktivlər daha 100 milyon manar artaraq rekord vurub
2025-ci ildə AzərTürk Bank»da baş verən əsas yenilik bankın 100 milyon manat böyüyərək aktivlərinin təqribən 2,2 milyard manata yüksəlməsi olub.
Aktivlərin əsas hisəsi – 984 milyon manatı başqa banklarda saxlanılan depozitlərdir, hansı ki, ötən il banka 31 milyon manat gəlir gətirib. Bankın kredit portfeli isə 787,4 milyon manat olub. 2025-ci ildə «Azər Türk Bank» qiymiətli kağızlara yatırımları da 48 milyon manat artıraraq 189 milyon manata yüksəldib.
Həm əmanət, həm də depozit portfeli böyüyüb
2025-ci ildə «Azər Türk Bank»ın öhdəlikləri ilk dəfə olaraq 2 milyard manatı keçərək 2 milyard 71 milyon manata yüksəlib. Bunun 1 milyard 554 milyon manatı depozit portfelidir ki, bu da 2025-ci ildə 100 milyon manata yaxın artıb.
Ötən il «Azər Türk Bank»da fiziki şəxslərin əmanətləri 19 milyon manat və ya 9% artaraq 232 milyon manata, hüquqi şəxslərin bankdakı depozitləri isə 75 milyon manat və ya 6% artaraq 1 milyard 322 milyon manata yüksəlib.
«Azər Türk Bank»ın kapital mövqeyi də güclənib
2025-ci ildə «Azər Türk Bank»ın kapital mövqeyi də güclənib – cəmi kapital 11 milyon manat artaraq 117 milyon manatı keçib. Səhmdar kapitalı isə 2 dəfə artaraq 50 milyon manatdan 100 milyon manata yüksəlib.








![«Azər Türk Bank» işçilərə yatırım edir: Gəlirləri və depozit portfeli böyüyüb - [red]10 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/1076280.jpg)
![«Azər Türk Bank» işçilərə yatırım edir: Gəlirləri və depozit portfeli böyüyüb - [red]10 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/3889613.png)
![«Azər Türk Bank» işçilərə yatırım edir: Gəlirləri və depozit portfeli böyüyüb - [red]10 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/1762640.png)
![«Azər Türk Bank» işçilərə yatırım edir: Gəlirləri və depozit portfeli böyüyüb - [red]10 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/3007133.png)
![«Azər Türk Bank» işçilərə yatırım edir: Gəlirləri və depozit portfeli böyüyüb - [red]10 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/2831979.png)







