Azərbaycanda dövlət banklarından olan «Azər Türk Bank» yarım illik hesabatını açıqlayıb.
Eləcə də bax: "Azər Türk Bank"dan sərfəli atb - KREDİT KARTI
FED.az xəbər verir ki, hesabata əsasən bu dövrdə bankın aktivləri 47% artaraq 599 milyon manata, öhdəlikləri 54% artaraq 540 milyon manata, kapitalı isə 3% artaraq 58,6 milyon manata çatıb.
Bank yarım ili 812 min manat xalis mənfəətlə tamamlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81% artıqdır.
«Azər Türk Bank»ın əməkdaşlarının artımı bu il də davam edir – 01.07.2021-ci il tarixində bankda işləyənlərin sayı 370 nəfər idisə, 01.10.2021-də 390 nəfər, 01.01.2022-də 408 nəfər, 01.04.2022-də 434 nəfər, 01.07.2022-də 454 nəfər təşkil edib.
Başqa sözlə təkcə bu ilin əvvəlindən bankın əməkdaşlarının sayında 46 nəfər və ya 11% artım olub.