Dövlət bankı "Azər Türk Bank" qeyri-iş günü olan 19 iyun tarixində müştərilərinə xidmət göstərəcək.
FED.az xəbər verir ki, həmin tarixdə bankın Bakı şəhəri, H.Əliyev prospekti,115 ünvanında yerləşən (5 saylı Bakı "ASAN xidmət" mərkəzində) 1 saylı şöbəsi saat 10:00-dan 20:00-dək, Qəbələ şəhərindəki “Qəbələ” şöbəsi saat 10:00-dan 19:00-dək işləyəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
"Azər Türk Bank" bayram günü də işləyəcək
11:11
14 İyun 2018