Avropa İttifaqının bu gün keçirilən sammitində Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsində təsdiqlənib.
FED.az məlumat verir ki, “Report” xarici mətbuata istinadən xəbər verir ki, o, noyabrın 1-dən vəzifə səlahiyyətlərinin icrasında başlayacaq.
Eləcə də bax: Avropa Bankı Azərbaycanın market şəbəkəsinə – BÖYÜK KREDİT AYIRDI
Xatırladaq ki, L.Laqard vaxtilə Beynəlxalq Valyuta Fondunun rəhbəri olub və yeni vəzifəsində Mario Draqini əvəz edəcək.