Azərbaycanda təəssüf ki, bankların böyük əksəriyyətinin strategiyasında, Müşahidə Şuralarının qəbul etdiyi planlarda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) riskləri geniş əhatə olunmayıb.
Müflis bankın dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri tam məbləğdə ödəniləcək
FED.az xəbər verir ki, bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev deyib.
O bildirib ki, DİM riskləri cəmi 10-a yaxın bankda geniş əhatə olunub. Digərlərində bu yalnız planlaşdırma mərhələsindədir.
Bu tətbiqlərin həyata keçirilməsi baxımından maliyyə sektorunun qarşısında dayanan əsas maneələr məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Digər problem kadr potensialı, hüquqi və tənzimləyici çərçivənin zəiflikləridir. Mərkəzi Bank tərəfindən bütün bunlar diqqətə alınır” - Toğrul Əliyev qeyd edib. (Apa)