Almaniya Mərkəzi Bankı (Bundesbank) keçən il 1979-cu ildən bəri ilk dəfə zərər ilə üzləşib, çünki faiz dərəcələrinin artması onun istiqrazlarını devalvasiya edib.
Almaniyada iş: necə tapmaq, nə işləmək və nə qədər qazanmaq olar? – ƏTRAFLI, PEŞƏLƏR, MAAŞLAR
FED.az xəbər verir ki, Bundesbank prezidenti Yoahim Nagel Frankfurtda keçirdiyi mətbuat konfransında bankın 2022-ci il üçün hesabatını ictimaiyyətə təqdim edib.
Keçən ilki 172 milyon avro zərər yaradılmış ehtiyatlar ilə kompensasiya edilib.
Bundesbank hesabatında faiz dərəcələrinin artmağa davam etməsi və qeyri-adi yüksək inflyasiyanın balansdakı istiqrazların dəyərini aşağı salması səbəbindən zərərin gələcək illərdə daha da artacağını proqnozlaşdırır.
Ötənilki zərər Bundesbank-ın 1979-cu ildən bəri ilk zərəri olub.(Marja)