Almaniyanın İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) “Bank Respublika”nın nizamnamə kapitalında olan payını 16,6% -ə çatdırıb. Bankdan FED.az-a verilən məlumata görə, bank, səhmdar kapitalında yuxarıda qeyd edilən paya 6 milyon manat məbləğində səhmlərin planlı şəkildə yerləşdirilməsi sayəsində nail olub. Nəticədə Bankın nizamnamə kapitalı 73,5 milyon manatadək artıb.
«Nizamnamə kapitalının artırılması bankın maliyyə bazarındakı mövqeyinin gücləndirilməsinə yönəldilmiş strategiya çərçivəsində həyata keçirilib, bu isə, Banka müştərilərin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamağa, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyini daha da möhkəmləndirməyə şərait yaradacaq»-deyə bankdan bildirilib.
"Kapitalın xarici səhmdar tərəfindən artırılması həm Banka, həm də ölkənin bütün maliyyə bazarına dəstək və etimadın göstəricisidir və bu bizə inkişaf strategiyamızın uğurla həyata keçirilməsini davam etdirməyə imkan verəcək. Əlavə kapitallaşma “Bank Respublika”nın bazarda güclü iştirakını təsdiqləyərək, bank sektorunun liderləri sırasında mövqeyini etibarlı şəkildə möhkəmləndirir. " – deyə Bankın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.
Alman səhmdarları “Bank Respublika”ya pul yatırırlar
09:40
29 Avq 2018