«AFB Bank»ın faiz gəlirləri ötən ilin sonuna 22 milyon 473 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrünə nisbətən 305 min manat (1%) artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi – 17 milyon 817 min manatı kredit portfelinin qazancıdır. Ötən ilini eyni dövrü ilə müqayisədə bu göstərici 2 milyon 417 min manat və ya 16% artıb. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 milyon 73 min manata yaxınlaşıb.
Faiz xərcləri 683 min manat (14%) artaraq 5 milyon 673 min manata yüksəlib.
Bunun da 3 milyon 483 in manatı depozitlər üzrə xərclərdir ki, bu da illik 1 milyon 146 min manat (49%) artıqdır.
Beləliklə, xalis faiz gəlirləri 16 milyon 800 min manat olub.