Azərbaycanın aparıcı banklarından olan "AFB Bank" ASC 2024-cü ilin maliyyə hesabatına açıqlayıb.
FED.az xəbər verir ki, «AFB Bank»ın faiz gəlirləri ötən ilin sonuna 22 milyon 473 min manat təşkil edib. Bu 2023-cü ilin eyni dövrünə nisbətən 305 min manat (1%) artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi – 17 milyon 817 min manatı kredit portfelinin qazancıdır. Ötən ilini eyni dövrü ilə müqayisədə bu göstərici 2 milyon 417 min manat və ya 16% artıb. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 milyon 73 min manata yaxınlaşıb.
Faiz xərcləri 683 min manat (14%) artaraq 5 milyon 673 min manata yüksəlib.
Bunun da 3 milyon 483 in manatı depozitlər üzrə xərclərdir ki, bu da illik 1 milyon 146 min manat (49%) artıqdır.
Beləliklə, xalis faiz gəlirləri 16 milyon 800 min manat olub.
Qeyri-faiz gəlirləri 9 milyon 167 min manat, xərcləri isə 20 milyon 747 min manat olub. Gəlirlər 1 milyon 3 manat (12%), xərclər 2 milyon 4 min manat (11%) artıb.
Qeyri-faiz gəlirlərinin 7 milyon 271 min manatı alınan haqq və komissiya gəlirlərinin 1 milyon 597 min manatı xarici valyutadan gəlirlərin payına düşüb.
İllik müqayisədə haqq və komissiya gəlirlərinin həcmi 90 min manat (1%) artıb.
Əmək haqqı xərcləri 130 min manat artıb
Hesabat dövründə əmək haqqı xərcləri 130 min manat (2%) artaraq 7 milyon 716 min manata yüksəlib.
Ümumi və inzibati xərclər 5 milyon 508 min manat, amortizasiya xərcləri 1 milyon 864 min manat, digər xərcləri 5 milyon 659 min manat olub. Əvvəlki illə müqayisədə ümumi və inzibati xərcləri 799 min manat (17%) amortizasiya xərcləri 48 min manat (3%), digər xərcləri isə 1 milyon 27 min manat (22%) artıb.
Bank ötən ili 493,3 min manat mənfəət vergisi ödənişindən sonra 4,6 milyon manat xalis mənfəət ilə başa vurub.
Aktivləri 300 milyon manata yaxınlaşıb
"AFB Bank" ötən ilin sonunda 295 milyon 167 min manat cəmi aktivlərə malik olub.
Onun da 33 milyon 726 min manatını nağd pul vəsaitləri, 15 milyon 863 min manatını isə qiymətli kağızlara yatırımlar, 28 milyon manatını banklar və digər maliyyə institutlarındakı depozitlər təşkil edib. Qiymətli kağızlara yatırımlar ötən ilin sonu ilə müqayisədə 2 milyon manat (2,6 dəfə) azalıb.
İpoteka kredit portfeli böyüyüb
Hesabat dövründə "AFB Bank"ın cəmi kredit portfeli 3 milyon 40 min manat və ya 2% artaraq 183 milyon 91 min manatı keçib.
Bank bu dövrdə müştərilərinə 21 milyon 763 min manat istehlak, 90 milyon 56 min manat biznes, 71 milyon 273 min manat ipoteka krediti verib. İpoteka kreditlərinin həcmi 9 milyon 454 min manat (15%) artıb.
"AFB Bank"ın bu dövrdə öhdəlikləri 217 milyon 951 min manata, depozitləri 132 milyon 983 min manata, ondan fiziki şəxslərin depozitləri 60 milyon 107 min manata, hüquqi şəxslərin depozitləri isə 72 milyon 875 min manata bərabər olub.
Balans kapitalı isə 77 milyon 216 min manat təşkil edib.