“AFB Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının növbəti iclasını çağırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iclas 03 aprel 2026-cı il tarixində saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
“AFB Bank” ASC-nin 2025-ci il üzrə İllik İdarəetmə Hesabatının təsdiq edilməsi;
-
Bankın 31 dekabr 2025-ci il tarixinə bitən maliyyə ili üzrə kənar auditor tərəfindən təsdiqlənmiş Maliyyə Hesabatının Auditor Rəyi ilə birlikdə təsdiq edilməsi;
-
Digər məsələlər.
Gündəlik üzrə materiallarla Bankın baş inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206) iclas tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək tanış olmaq mümkündür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu halda nümayəndə qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.











