ABB-nin qeyri faiz gəlirləri 228,2 milyon manat, xərcləri isə 362,6 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Gəlirlər 2023-cü ilin III rübü ilə müqayisədə 63,5 milyon manat (39%), xərclər isə 97,4 milyon manat (38%) çoxdur.
Qeyri-faiz gəlirlərinin 164 milyon manatı haqq və komissiya gəlirlərinin, 43 milyon manatı xarici valyutadan gəlirlər, 20,5 milyon manatını digər gəlirlər təşkil edib. İllik müqayisə ilə haqq və komissiya gəlirləri 64,7 milyon manat (65%), digər gəlirlər 2,3 milyon manat (13%) artıb.
Xərclərin də 128,6 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 22,4 milyon manatı inzibati xərclərin, 21,1 milyon manatı amortizasiya xərclərinin, 180,5 milyon manatı isə digər xərclərin payına düşüb.