Bu ilin 3-rü rübündə ABB-nin faiz gəlirləri 668,1 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Faiz gəlirlərinin də böyük hissəsini, yəni 480,2 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 9,2 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 92,5 milyon manat və ya 16%, kreditlərdən əldə olunan gəlirlər 145,3 milyon manat və ya 44%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 11,6 milyon manat (13%) artıb.
Bankın faiz xərcləri isə 165,6 milyon manat olub ki, bu da son bir ildə 69,7 milyon manat və ya 73% çoxdur.
Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri 498,2 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 25,6 milyon manat (5%) artım deməkdir.