Bank sektrounun lideri olan ABB-nin kredit portfeli böyüməkdə davam edir.
ABB-nin cəmi kredit portfeli 2024-cü ilin III rübündə 6 milyard 88 milyon manatını isə kredit portfelinə malik olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
2023-cü ilin sonu ilə müqayisədə 1 milyard 39 milyon manat və ya 21% böyüyüb.
O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 381,6 milyon manat (28%) artaraq 1 milyard 752 milyon manata, biznes kreditləri portfeli 437,2 milyon manat və ya 17% artaraq 2 milyard 942 milyon manata, ipoteka kreditləri portfeli 220,2 milyon manat və ya 19% artaraq 1 milyard 394 milyon manata çatıb.