Noyabrın 1-də ABB-nin maliyyə tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Təhsilin İnkişafı Forumu keçiriləcək. “
FED.az xəbər verir ki, Gülüstan” sarayında təşkil ediləcək Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Tədbirdə “İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” mövzuları müzakirəyə çıxarılacaq. Panellərdə təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası məsələlərinə diqqət yönələcək. Eləcə də sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularında polemikalar aparılacaq.
Forumun məqsədi işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, həmçinin dövlət – özəl tərəfdaşlığıdır.
Tədbirdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da ekosistemin inkişafında bankların rolu mövzusunda çıxış edərək iştirakçıların suallarını cavablandıracaq.
Təhsilin İnkişafı Forumuna ABB-dən başqa “NEQSOL Holding”, BP, “SOCAR”, Sumqayıt Texnologiyalar Parkı, “Azersun Holding” və “BestComp Group” da tərəfdaşlıq dəstəyi verir. Forum haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.