Azərbaycanın bank sektorunun liderlərindən və ölkənin ən fəal banklarından olan «Bank Respublika» 2023-cü ilin 1-ci rübü üzrə ənənəvi rüblük hesabatını açıqlayıb.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
Aktivləri 1 milyard dollara yaxınlaşdı
FED.az xəbər verir ki, hesabat dövründə bank sürətlə böyüməyə davm edib, gəlirləri və mənfəəti isə artmaqdadır. Beləliklə, 1-ci rübdə «Bank Respublika»nın aktivləri 61 milyon manat artaraq 1 milyard 646 milyon manata yaxınlaşıb.
Kredit portfeli 1 milyard manata çatır
Aktivlərin böyük hissəsini – 982,5 mmilyon manatını bankın kredit portfeli təşkil edir. Qeyd edək ki, mövcud artım sürəti qalarsa, artıq növbəti rübdə «Bank Respublika»nın kredit portfeli tarixində ilk dəfə olaraq 1 milyard manatı keçə bilər.
Biznes kreditlərin payı 70%
Ənənəvi olaraq «Bank Respublika»nın kredit portfelində əsas yeri biznes kreditləri tutur – 15 milyon manat artımdan sonra biznes kreditləri 673 milyon manata yüksəlib. Nəticədə hazırda biznes kreitlərinin ümumi portfeldə payı 68%-ə yüksəlib.
Bankda istehlak kreditlərmi 230,8 milyon manat (3 milyon manat artım), daşınmaz əmlak kreditləri isə 78,5 milyon manat (2 milyon artım) təşkil edir.
«Bank Respublika» 200 milyon manatı başqa banklarda depozit kimi saxlayıb, daha 68 milyon manat isə qiymətli kağızlara yatırılıb.
Öhdəlikləri 1,5 milyard manatı keçib
Bankın öhdəlikləri də aktivlərinə mütənasib olaraq artır – 57 milyonluq yüksəlişdən sonra 1 milyard 523 milyon manata qalxıb.
Bankın depozit portfeli 978 milyon manat, fiziki şəxslərin əmanətləri isə 16 milyon manatlıq artımla 574 milyon maat təşkli edib.
«Bank Respublika»nın başqa kredit təşkilatları qarşısında kredit öhdəlikləri 424 milyon manat təşkil edir.
Daha 45 milyon manatlıq öhdəlik «Bank Respublika»nın istiqrazları üzrə mövcuddur.
Hesabat dövründə bankın cəmi kapitalı 4 milyon manat artaraq 122,4 milyon manata yüksəlib.
Faiz gəlirlərində böyük artım
1-ci rübdə «Bank Respublika»nın gəlirləri kəskin artıb. Belə ki, kredit portfelinin böyüməsi özünü ilk növbədə faiz gəlirlərində göstərib – bu gəlirlər 14 milyon manat artaraq 43 milyon manatı keçib. Bunun 37 milyon manatı (9 milyon artımla) kreditlərdən daxil olan faiz gəlirləridir.
Bankın qiymətli kağızlardan gəlirləri 4 dəfə artaraq 1,7 milyon manata, başqa banklardakı depozitlərindən gəlirləri isə 8 dəfə artaraq 2,3 milyon manata yüksəlib.
Bankdakı əmanət sahiblərinə 8 milyon manat ödənilib
Bankda əmanətlərin artması isə əmanətlər üzrə faiz ödənişlərini yüksəldib – bu göstərici əvvəlki ilə nisbətən 38% artaraq 7,9 milyon manata qalxıb. Daha 5 milyon manat isə bankın özünün götürdüyü kreditləri qaytarmaq üçün faiz ödənişlərinə sərf edilib.
Bundan başqa, «Bank Respublika»nın istiqrazlarının sahibləri 1,6 milyon manat faiz qazanıblar.
Qeyri-faiz gəlirləri 50%, xərcləri 30% artıb
1-ci rübdə «Bank Respublika»nın qeyri-faiz gəlirləri 50% artaraq 9,2 milyon manata yüksəlib.
Qeyri-faiz xərclər isə 30% artaraq 24,2 milyon olub. Bunun yarıdan çoxu (12,6 milyon manat) əmək haqqı xərclərinə sərf edilib – 1 milyon manat artımla.
İnzibati xərclər isə 70%-dən çox artaraq 6,6 milyon manata yüksəlib.
Nəticədə 1-ci rübün yekununa «Bank Respublika»nın əməliyyat mənfəəti 11 milyon 200 min manat olub ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 2 dəfə artıqdır.
Xalis mənfəətdə 61% artım var.
Üstəlik, əvvəlki dövrlərdə ehtiyat kimi ayrılmış vəsaitlərdən yarım milyon manat da geri qaytarılıb və 1,9 milyon manatlıq mənfəət vergisi ödənilib. Nəticədə «Bank Respublika»nın xalis mənfəəti 9 milyon 718 min manat olub ki, bu da əvvəlki ildən 61% artıqdır.