Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 567,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 32 milyard 55,3 milyon manat məbləğində aktivlərin 1,8%-i qədərdir.
Eləcə də bax: 5 bankın nizamnamə kapitalı - 300 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, ayrı banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2020-ci ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,8%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" aktivlərinin məbləğinə görə ölkədə 3-cüdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Bank of Baku” ASC tutub. Bu bank ötən il aktivlərinin 3,1%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" aktivlərinin məbləğinə görə, 26 bank arasında 13-cü yerdə qərarlaşıb.
3-cü yerə isə ölkənin regional bankı - “Naxçıvan Bank" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti aktivlərinin 2,5%-i qədər olub. Halbuki, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, banklar arasında 20-cidur.
Mənfəətlə işləyən qalan 20 bankdan isə 2-də sözügedən göstərici 2,1-2,2%, 5 bankda 1-2% arasında, 13 bankda isə 0-1% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın illik mənfəətinin /zərərinin aktivlərinə nisbəti
|
|
1 |
Kapital Bank |
5,8% |
|
2 |
Bank of Baku |
3,1% |
|
3 |
Naxçıvan Bank |
2,5% |
|
4 |
Express Bank |
2,2% |
|
5 |
Bank VTB Azərbaycan |
2,1% |
|
6 |
AFB Bank |
1,9% |
|
7 |
PAŞA Bank |
1,5% |
|
8 |
Azərbaycan Beynəlxalq Bankı |
1,4% |
|
9 |
Unibank |
1,4% |
|
10 |
Xalq Bank |
1,1% |
|
11 |
İran Milli Bankı - Bakı |
0,8% |
|
12 |
Bank Avrasiya |
0,8% |
|
13 |
Zıraat Bank Azərbaycan |
0,7% |
|
14 |
Premium Bank |
0,6% |
|
15 |
Bank Respublika |
0,6% |
|
16 |
Azərbaycan Sənaye Bankı |
0,6% |
|
17 |
Yapı Kredi Bank Azərbaycan |
0,4% |
|
18 |
Access Bank |
0,3% |
|
19 |
Rabitəbank |
0,3% |
|
20 |
Günay Bank |
0,2% |
|
21 |
Turan Bank |
0,1% |
|
22 |
Muğan Bank |
0,1% |
|
23 |
Azər-Türk Bank |
0,1% |
|
24 |
Pakistan Milli Bankı - Bakı |
-1,7% |
|
25 |
Bank BTB |
-2,6% |
|
26 |
Yelo Bank |
-10,2% |
(Renkinq)













