Dünyanın avtomobil bazarında baş verən dəyişikliklər aparıcı lüks avtomobil istehsalçılarından olan «Aston Martin»i də sarsıdıb.
"Volkswagen" Çin şokundan özünə gəlib: BYD və "Changan"larla rəqabətə baxmayaraq - SATIŞLARINI ARTIRIB
FED.az xəbər verir ki, şirkətin maliyyə vəziyyəti kəskin pisləşib, üstəlik qarşıdakı dövrdə də müsbət dəyişiklikgözlənilmir.
Moody's (Moody's) beynəlxalq reytinq agentliyi «Aston Martin Lagonda Global Holdings» (və ya sadəcə «Aston Martin») şirkətinin korporativ reytinqini B3 səviyyəsindən Caa1 səviyyəsinə endirib.
Eyni qərarla şirkətin 2029-cu ildə vaxtı bitəcək təqribən 2 milyard dollarlıq istiqrazlarının reytinqi də B3-dən Caa1 səviyyəsinə endirilib. Bu istiqrazlar bir neçə hissədən ibarətdir – onlar 1050 milyon dollar, 465 milyon funt və 100 milyon funt olmaqla 3 hissədən ibarətdir.
«»Aston Martin»in reytinqinin «Caa1» səviyyəsinə qədər endirilməsi o deməkdir ki, satışların azalması və gəlirlərin kəskin aşağı düşməsi fonunda, gələn il şirkətə əlavə maliyyə vəsiti lazım olacaq»-deyə agentlik bildirir.
Moody's (Moody's) qarşıdakı dövrdə də «Aston Martin»dəki gəlirlərin artacağını düşünmür, agentliyin fikrincə, çıxış yolu, səhmdərların şirkətə əlavə pul yatırması, yeni istiqraz braxaraq əlavə borc götürülməsi və səhmlərin bir hissəsinin kənar səhmdara satılması ola bilər.
Şirkət bir neçə gün əvvəl açıqladığı hesabatda 2025-ci il üzrə satış və gəlir proqnozlarını ikirəqəmli səviyyədə aşağı salıb. Məsələn, artıq ilin 2-ci yarısında gözlənilən pul axınları da proqnozdan çıxarılıb.
Agentlik hesab edir ki, bu il Aston Martinin xərcləri 400 milyon funt olacaq ki, bunun da 300 milyon funtu artaq xərclənib. 2026-cı ildə də ciddi gəlirlərin olacağı gözlənilmir. 2025-ci ildə şirkətin yeganə müsbət siqnalı bir neçə modelin, o cümlədən «Valhalla Special»ın buraxılması olub. Aston Martində bu modelə ümid edirlər ki, şirkətə gəlir gətirəcək. Amma 2026-cı il üçün də şirkətin likvidliyi şübhə altındadır. Bu ilin iyununda şirkətin hesabında cəmi 125 milyon funt və 170 milyon funt borca çıxış imkanı olub.
Ona görə də Aston Martin xərcləri 400 milyondan 375 milyon manat endirib, daha 10% isə inzibati xərlərə qənaət edib.
Ekspertlər hesab edir ki, işlər yaxşı getsə, şirkətin vəziyyəti yalnız 2027-ci ildə sabitləşə bilər.
Şirkət artıq bəzi bölmələrini sataraq 108 milyon funt qazanc əldə edib. Amma bu vəsait də Aston Martinin vəziyyətinin düzəlməsi üçün kifayət etməyəcək.