Çin avtomobil sənayesinin sürətli inkişafı Avropanın avtomobil şirkətlərinə ciddi problem yaratmağa başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, artıq Çin maşınları Avropa brendlərini təkcə Çində deyil, Avropanın özündə də üstələyirlər.
Hibrid avtomobil idxalı xeyli azalıb- QİYMƏT 2 MİN MANATDAN ÇOX BAHALAŞIB
Bir vaxtlar bazarda möhkəmliyi şübhə doğurmayan «Mercedes», BMW, «Volkswagen» kimi brendlər sürətlə bazar payını itirir və gəlirləri azalır. Nəticədə işçilər ixtisar edilir və müəssisələr bağlanır.
2025-ci ildə ilk dəfə olaraq Avropa İttifaqına (Aİ) Çin avtomobillərinin idxalının həcmi ölkəyə Avropadan ixracın həcmini üstələyib.
«Spiegel» jurnalının məlumatına görə, 2025-ci ildə Avropadan Çinə avtomobil və avtomobil ehtiyatı hissələrinin ixracı 8 milyard avro və ya 34 faiz azalaraq 24 milyard avrodan 16 milyard avroya düşüb. 2022-ci illə müqayisədə isə ixrac iki dəfə azalıb. Əksinə, Çin avtomobillərinin Avropaya ixracı isə 1,6 milyard avro və ya 8 faiz artaraq 22 milyard avroya çatıb.
Bu prosesdən ən çox zərər çəkin alman avtomobil şirkətləri - «Mercedes», BMW, «Volkswagen»dir. Əgər 2022-ci ildə Alman şirkətləri Çinə 30 milyard avroluq avtomobil və ehtiyat hisələri satmışdılarsa, 2025-ci ildə bu rəqəm 2 dəfə azalaraq 13,6 milyard avroya düşüb.
Əvəzində Çin avtomobillərinin Almaniyaya ixracı iki dəfədən çox artaraq 7,4 milyard avroya çatıb. Artıq 2026-cı ildə ixrac və idxal göstəricilərinin bərabər olacağı gözlənilir.
Artıq alman şirkətləri bu vəziyyətdən itkilərlə üzləşiblər. 2025-ci ildə şirkətlərin ümumi gəliri 1,6 faiz azalaraq 528 milyard avroya düşüb, bu sahədə iş yerləri isə 6,2 faiz azalaraq son 14 ilin ən aşağı səviyyəsinə - 725 minə geriləyib.
Məsələ təkcə Almaniya ilə bağlı deyil, Avropanın digər ölkələrində də Çin markaları bazar payını artırırlar.











