İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfinfən 22 dekabr 2020-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edib.
Eləcə də bax: Dövlət qurumlarının avtomobilləri - SATIŞA ÇIXARILDI - SİYAHI, QİYMƏTLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, siyahıda Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərüffatına məxsus olan 11, Qəbələ RİH-nin 1 və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin iki avtomobili özəlləşdirməyə çıxarılıb.
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
1 | DIN Avtomobil Təsərrüfatı | QAZ-3110 | 2008 | 4000 | 400 |
2 | DIN Avtomobil Təsərrüfatı | QAZ-31105 | 2008 | 4000 | 400 |
3 | DIN Avtomobil Təsərrüfatı | QAZ-31105 | 2008 | 4000 | 400 |
4 | DIN Avtomobil Təsərrüfatı | UAZ-31519-017 | 2008 | 10000 | 1000 |
5 | DIN Avtomobil Təsərrüfatı | UAZ-374102 | 2007 | 8000 | 800 |
6 | DIN Avtomobil Təsərrüfatı | BMW | 2006 | 10000 | 1000 |
7 | DIN Avtomobil Təsərrüfatı | BMW-320 | 2006 | 8000 | 800 |
8 | DIN Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2008 | 4000 | 400 |
9 | DIN Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2008 | 4000 | 400 |
10 | DIN Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2008 | 4000 | 400 |
11 | DIN Avtomobil Təsərrüfatı | FIAT Linea | 2010 | 6000 | 600 |
12 | Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik | Hyundai Sonata | 2002 | 6000 | 600 |
13 | DŞAK Ərazi Tikinti-Planlaşdırma Mərkəzi | Mitsubishi Galant | 2006 | 8000 | 800 |
14 | DŞAK Ərazi Tikinti-Planlaşdırma Mərkəzi | Volkswagen Paratti | 2005 | 5000 | 500 |
Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)