2024-cü ildə Çin avtomobil ixracını 23% artıraraq ümumilikdə 6,41 milyon avtomobil ixrac edib.
Çin avtomobil nəhəngləri Dongfeng və Changan birləşirlər - BYD-ni keçərək dünyada 5-ci ola bilər
FED.az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (ÇSAA) məlumatlarında qeyd olunur.
Çin avtomobillərinin əsas idxalçıları arasında Rusiya, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Səudiyyə Ərəbistanı, Braziliya, Böyük Britaniya, Avstraliya, Filippin və Türkiyə yer alır.
Ötən il Rusiyaya 1,157,988 avtomobil tədarük olunub ki, bu da Çin avtomobillərinin ikinci ən böyük ixrac bazarı olan Meksikaya (445,006 ədəd) göndərilən avtomobillərin sayından təxminən iki dəfə çoxdur.
2024-cü ildə yeni enerji vasitələrinin (NEV) ümumi ixrac həcmi illik müqayisədə 12% artaraq 2,01 milyon ədədə çatıb.
ÇSAA-nın məlumatına görə, 2025-ci ilin yanvar ayında Çin 380 min minik avtomobili ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. NEV-lər isə ümumi ixracın 36%-ni təşkil edib. (Trend)