Elektrikli avtomobillər dedikdə ilk ağla gələn ölkələrdən biri də Çindir. İrili-xırdalı çox sayda elektrikli avtomobil markasının olduğu ölkədə satışlar da kifayət qədər yüksəkdir. Son məlumatlara görə, 2023-cü ilin ilk yarısında dünya üzrə 7,22 milyon elektrikli avtomobil satışının 61 faizi Çin bazarında reallaşıb.
TOGG-un sedan modeli bu tarixdə - SATIŞA ÇIXARILACAQ
FED.az xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) paylaşdığı məlumatlara görə, 2023-cü ilin yanvar-iyun ayları arasında ölkədə 6,05 milyon yeni elektrikli avtomobil (yenidən doldurulan hibrid və 100% elektrik) satılıb.
Bu, ötən illə müqayisədə 45 faiz artım deməkdir. Hətta təkcə iyun ayında Çində 1,28 milyon yeni elektrikli avtomobil satılıb. Yenə bu baxımdan 43 faiz artım var.
"Tesla" ilin birinci yarısında Çində elektrikli avtomobil bazarının lideridir. 24 faiz bazar payına sahib olan ABŞ istehsalçısını müvafiq olaraq Çin mənşəli istehsalçılar BYD və SAIC izləyir. Xüsusilə BYD elektrikli avtomobil bazarında böyük bir irəliləyiş əldə edib və böyüməyə davam edir. Şirkət bu yaxınlarda elan edib ki, avqustun 9-da 5 milyonuncu avtomobilini istehsal edəcək. (Trend)